AZ

Saşa: “Rahat olduğumu deməzdim”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– İlk növbədə “Kəpəz”i təbrik edirəm. Birinci hissədə bu mövsüm ən bərbad oyunumuzu keçirdik. Belə bəsit qollar buraxdığımıza inana bilmirəm. İkinci yarıda toparlanmağa çalışsaq da aldığımız qırmızı vərəqə hər şeyi dəyişdi. Qarşıda kubok matçımız var. Diqqətimizi ora yönəltməyə çalışacağıq.

– Getməyin vaxtı çatıb, yoxsa vəziyyəti düzəldə biləcəksiz?

– Daha yaxşı oynamağa çalışacağıq. Ramalinqomun bir oyunluq cəzası qalıb. Bizi kubok matçı da gözləyir. Mövcud oyunçularla davam edəcəyik.

– Yankoviçin start heyətindən kənarda qalması nə ilə əlaqədardır? Onun da start heyətində meydana çıxmaması öz təsirini göstərdi?

– Yankoviçin hərarəti yüksək idi. İki məşqdə iştirak etməmişdi.

– Ninkoviç kimi təcrübəli oyunçu sarı vərəqəsi ola-ola ikinci “sarı”nı almasını necə şərh edirsiniz?

– Fasilədə ona bildirmişdim ki, ehtiyatlı oynasın. Amma düzü, ikinci sarı vərəqə aldığı epizodda o qədər də kobud oynadığını düşünmürəm. Baş hakim bu qərarı verdi, hörmətlə yanaşırıq.

– Qələbə qazanmaq üçün xarakter lazımdır, futbolçularda isə xarakter çatışmır. 8 matçda cəmi 1 qələbə qazanmısız, futbolçular yersiz vərəqələr alır, asan qollar buraxırsız. Amma siz çox sakitsiz, futbolçuları çox rahat müdafiə edirsiz, sanki hər şey qaydasındadır. Düşünmürsüz ki, bu, doğu yol deyil və futbolçulara öz xarakterinizi göstərməlisiz?

– Rahat olduğumu deməzdim. Təbii ki, bununla bağlı müəyyən işlər görülür. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
8
futbolpress.az

9Mənbələr