AZ

Britaniya XİN İrandakı diplomatlarını geri çağırdı



Britaniya hakimiyyəti təhlükəsizlik vəziyyəti ilə əlaqədar İrandakı səfirlik işçilərini geri çağırıb. Bu barədə Xarici İşlər, Birlik və İnkişaf İdarəsinin (FCDO) veb saytında yer alan açıqlamada deyilir.

"Səfirlik uzaqdan fəaliyyət göstərməyə davam edir. FCDO İrana bütün səyahətləri dayandırmağı tövsiyə edir"- açıqlamada deyilir.

Qeyd edək ki, Səfirlik hələ 2025-ci ilin iyun ayında İrana səyahət xəbərdarlığı edərək, Britaniya vətəndaşlarının və Britaniya-İran ikili vətəndaşlığı olanların həbs, dindirilmə və ya saxlanılma risqi altında olduğunu vurğulayıb.

Eyni zamanda, İrandakı Britaniya vətəndaşlarına ehtiyat tədbirləri qismində böhranın idarə edilməsi qaydalarını nəzərdən keçirmək, FCDO xəbərdarlıqlarına abunə olmaq, mediada işıqlandırılmanı izləmək, hərbi və təhlükəsiz obyektlərin yaxınlığındakı ərazilərdən qaçmaq və zəruri hallarda təhlükəsiz otaqlara sığınmaq tövsiyə olunur.

SAMİRƏ

Seçilən
24
11
baki-xeber.com

10Mənbələr