“Çelsi”nin sabiq oyunçusu Con Obi Mikel, Koul Palmerin komandada problemləri olduğunu düşünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Palmer ”Çelsi”də çox da xoşbəxt deyil. O, çoxsaylı zədələrdən sonra sağalıb, amma hələ tam formasını bərpa etməyib. “Mançester Yunayted”lə bağlı şayiələr səngimir, bunlar sadəcə təsadüf deyil”.
Daha əvvəl yarımmüdafiəçinin komandasından narazılığı olduğu və hətta “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı şayiələr yayılıb. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.