AZ

Gürcüstanda futbolçular nə qədər maaş alır?

Avropanın aparıcı komandalarında oynayan futbolçulardan fərqli olaraq qonşu Gürcüstan klublarının şərəfini qoruyan idmançıların maaşı yüksək deyil. Yerli oyunçular əsasən orta səviyyəli məvacib alır, legionerlər isə bir qədər yüksək qazanc əldə edir.

Metbuat.az xəbər verir ki, Gürcüstanın Erovnuli Liqa klublarında futbolçular ayda təxminən 1 300 - 1 600 avro (təxminən 2 600 - 3200 AZN) qazanırlar. Aparıcı oyunçular isə klubdan asılı olaraq 2 000 - 3 500 avro (təxminən 4000 – 7000 AZN) arası maaş alırlar. Xarici futbolçular üçün Gürcüstan klublarında ayliq maaş isə 2 000 - 5 000 avro (təxminən 4-10 min manat) civarındadır.

Seçilən
20
metbuat.az

1Mənbələr