Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin (UHQ) Rostov vilayətinə raket hücumunu dəf etdi.
Gununsesi.info xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar öz Telegram kanalında məlumat verib.
“Taqanroq şəhərində, Tsiolkovski küçəsindəki yaşayış binasına düşən raket qalıqları nəticəsində eyvan qismən dağılıb”, – deyə o yazıb.
Onun sözlərinə görə, mənzildə bir qadının olduğu ehtimal olunur. Ukrayna Silahlı Qüvvələrinin hücumunun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir. Vilayət qubernatoru qeyd edib ki, hazırda itkilər barədə məlumat yoxdur.
Maqsud
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.