AZ

“Danışıqlardan yalnız humanitar nəticələr gözləmək olar” Elçin Mirzəbəyli

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ili tamam olur. Bu dörd il ərzində çoxsaylı hadisələr baş verib. Mülki insanlar həyatını itirib, həmçinin mülki obyektlərə ciddi ziyan dəyib.

Hələ də müharibə davam edir və onun fəsadları hazırda da gözümüzün qarşısındadır.

Gununsesi.infobildirir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, Proseslərin gedişi göstərdi ki, Rusiya və Ukrayna arasındakı ziddiyyətlər o qədər dərindir ki, bunları masa arxasında həll etmək mümkün deyil:

“Ola bilsin ki, danışıqlar zamanı bəzi yeniliklər meydana gəlsin.

Lakin bütün hallarda mən hesab edirəm ki, əldə olunacaq razılaşmalar yalnız humanitar xarakter daşıyacaq. Çünki tərəflərin düşüncə və yanaşma fərqləri prinsipcə tamamilə fərqlidir. Bir tərəfdən, Ukrayna ərazi bütövlüyündən danışır və öz torpaqlarından heç bir halda vaz keçməyəcəyini bildirir. Digər tərəfdən, Rusiya ilk gündən hədəflərini açıqlayıb və onların reallaşması Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir.

Ziddiyyətlər kifayət qədər böyükdür. Buna baxmayaraq, indiki mərhələdə yalnız humanitar sahədə, bu günə qədər əldə olunmuş nəticələrə uyğun müəyyən addımların atılması və ya müvəqqəti olaraq müəyyən zaman kəsimində atəşkəs elan edilməsi ehtimalı mövcuddur”.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
icma.az

1Mənbələr