Berlin, 27 fevral, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts martın 3-də ABŞ-yə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, Kansler ofisinin məlumatına əsasən, həmin gün F.Merts Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Sonra hər iki lider birgə nahar edəcəklər.
Görüşdə ikitərəfli münasibətlər, iqtisadi və təhlükəsizlik məsələləri, Rusiyanın Ukraynaya qarşı müharibəsi, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri