AZ

Şantaj hallarında vətəndaşlar nə etməlidir?

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan Dillər Universiteti (ADU) tələbələrinin şantaj və hədə-qorxu halları ilə üzləşməsi barədə yayılan məlumatlar ictimai müzakirələrə səbəb olub.

Daha əvvəl Bakı Dövlət Universiteti (BDU) tələbələri ilə bağlı səslənən oxşar iddialardan sonra indi də ADU tələbələrinin naməlum şəxs tərəfindən təzyiqə məruz qaldığı bildirilir.

İddialara görə, bəzi tələbələr sosial şəbəkələr vasitəsilə şəxsi görüntülərin yayılması hədəsi ilə qarşılaşır, onlardan pul və ya digər tələblər irəli sürülür. Məsələnin kiberməkanda baş verdiyi və saxta profillər üzərindən həyata keçirildiyi ehtimal olunur.

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, bu cür əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bir neçə maddə üzrə məsuliyyət yaradır.

Onun sözlərinə görə:

182-ci maddə (Hədə-qorxu ilə tələb etmə) – Şəxsdən pul və ya digər əmlak tələb olunursa və bu, hər hansı məlumatın və ya görüntünün yayılması hədəsi ilə müşayiət edilirsə, bu hal şantaj hesab olunur və cinayət məsuliyyəti yaradır.

156-cı maddə (Şəxsi həyatın toxunulmazlığının pozulması) – Şəxsin razılığı olmadan onun şəxsi və ailə sirrini təşkil edən məlumatların yayılması və ya yayılma hədəsi qanunla cəzalandırılır.

148-ci maddə (Təhqir) – Şərəf və ləyaqətin alçaldılması hallarında tətbiq edilə bilər.

147-ci maddə (Böhtan) – Bilə-bilə yalan məlumat yayılarsa, bu da cinayət məsuliyyəti yaradır.

Vəkil vurğulayıb ki, şantaj edən şəxslərə pul göndərmək problemi aradan qaldırmır, əksinə cinayətin davam etməsinə şərait yaradır.

Esmira Rzayeva tələbələrə müraciət edərək bildirib ki, belə hallarla üzləşən şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməli, yazışma və digər sübutları saxlamalıdır. 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
icma.az

1Mənbələr