AZ

Yolun boşluğundan sui istifadə edən sürücü qaydaları kobud şəkildə pozdu VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Səbail rayonu, Bibiheybət yolunda ard-arda qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 29-da saat 09:42 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 10-UR-422 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxıb və işıqforun qırmızı işığına məhəl qoymadan yolayrıcına daxil olub. Xoşbəxtlikdən həmin an qəza şəraiti yaranmayıb.

Təəssüf ki, bəzi sürücülər yolun boş olmasından sui-istifadə edərək yol nişanlarını və nizamlayıcıları gözardı edirlər. Xüsusilə yolayrıcılarında belə hallara tez-tez rast gəlinir.

Nəticədə sürücülərin by davranışı yalnız özlərinə deyil, digər hərəkət iştirakçılarına da təhlükə yaradır, hətta zəncirvari qəzalara səbəb olur.

 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
avtosfer.az

1Mənbələr