AZ

Biləsuvarda külək fəsadlar TÖRƏTDİ

Biləsuvarda günorta saatlarından əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, küləyin təsiri nəticəsində elektrik təsərrüfatında nasazlıqlar yaranıb, rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunub.

Güclü külək rayonda irigövdəli bir çox ağacları da yerindən qoparıb. Ağaclardan birinin yaşayış evlərindən birinin üzərinə düşməsi nəticəsində evin damına ziyan dəyib.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
14
bizim.media

1Mənbələr