AZ

Tramp sülhdən sonra Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini istəyib

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı razılaşma əldə edildikdən sonra Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini istəyib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

"Mən sanksiyaların yüngülləşdirilməsini çox istərdim", - deyə Ağ Ev rəhbəri iki ölkə arasında məhdudiyyətləri aradan qaldırmaq və ticarət-iqtisadi əlaqələri genişləndirmək istəyi ilə bağlı suala cavabında bildirib.

Bundan əlavə, Tramp Ukraynadakı münaqişənin tez bir zamanda həllində maraqlı olduğunu vurğulayıb.

"Mən bunun tez bir zamanda bitməsini istəyirəm", - deyə siyasətçi deyib.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr