AZ

Nəriman Həsənzadə – 95: Zülfiyyə Nuriyeva

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.

QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva:

"Bu günlərdə Nəriman Həsənzadə 95 illik yubileyini qeyd etdi və ölkə başçısı tərəfindən Xalq şairimiz Heydər Əliyev ordeni ilə təltif olundu. Bu məqsədlə Azərbaycan Ədəbiyyat Fondunun başladığı marafonu mən — Zülfiyyə Nuriyeva, Sosial İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri olaraq qəbul edir və davam etdirirəm. Şairimizin çox sevdiyim bir şeirini səsləndirdim və estafeti həmkarlarıma ötürürəm.

Bu dünya nərdivandı.

Qalxanda mehribandı

Enəndə nə yamandı.

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

O qalxırdı bu dəmdə,

Mən enirdim xəbərsiz.

Onu arzularına

Qaldırıdı nərdivan,

Məni xatirələrə endirirdi.

Bu zaman,"

 

 

Seçilən
12
qht.az

1Mənbələr