AZ

BAEArəhbəri ABŞ Dövlət Departamentinin rəsmisi ilə İranın nüvə proqramını müzakirə etdi

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoruRafael Qrossi ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmamaüzrə köməkçisi Kristofer Yeo ilə İranın nüvə proqramını müzakirəedib.

Trend-in məlumatına görə, bu barədə Rafael Qrossi "X" sosialşəbəkəsində yazıb.

"Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyində ABŞ dövlətkatibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi KristoferYeonu İrandakı vəziyyət də daxil olmaqla, mövcud yayılmamaməsələləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikirmübadiləsi aparmaq üçün qəbul etdim.

Agentliyə hərtərəfli dəstəyinə görə Amerika Birləşmiş Ştatlarınaminnətdarlığımı bildirirəm", - deyə o bildirib.

Seçilən
22
az.trend.az

1Mənbələr