“Barselona”nın futbolçusu Marcus Reşfordun gələcəyi böyük ölçüdə dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu ötən yay “Mançester Yunayted”dən satınalma hüququ ilə icarəyə götürdüyü hücumçunu heyətdə saxlamaq niyyətindədir.
Tərəflər arasında məbləğlə bağlı müəyyən fikir ayrılığı olsa da, transferin reallaşacağı gözlənilir.
Bildirilir ki, futbolçu da “Barselona”da qalmaq üçün maaşında endirimə razıdır. O, bu mövsüm 34 oyunda 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.