AZ

“Qalatasaray” “Yuventus”la yenidən oynaya bilər

“Qalatasaray” pley-offda mübarizədən kənarlaşdırdığı “Yuventus”la yenidən üz-üzə gələ bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” İtaliya klubunu 2 avqustda İstanbulda keçiriləcək yoldaşlıq görüşünə dəvət edib. Lakin oyunun baş tutması üçün əsas şərt komandanın mövsümü çempion kimi başa vurmasıdır.

Rəhbərlik bu matçla həm mümkün çempionluğu qeyd etməyi, həm də beynəlxalq əlaqələri gücləndirməyi planlaşdırır.

Seçilən
13
idmanxeber.az

1Mənbələr