AZ

BMT: Cənubi Sudanda son 2 ayda 250 mindən çox insan didərgin düşüb

BMT: Cənubi Sudanda son 2 ayda 250 mindən çox insan didərgin düşüb

Birləşmiş Millətlər Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Əməliyyatlar üzrə Baş direktor müavini Uqoçi Daniels qarşıdurmalar və siyasi böhranın yaşandığı Cənubi Sudanda təkcə son 2 ayda 250 mindən çox insanın didərgin düşdüyünü bildirib.

Daniels BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransında ölkədəki vəziyyəti "inkişaf edən fövqəladə vəziyyət" kimi xarakterizə edib. O, beynəlxalq ictimaiyyətin bu böhrana kifayət qədər diqqət yetirmədiyini vurğulayıb.

Cənubi Sudanın dünyada miqrasiya böhranından ən çox təsirlənən ölkələrdən biri olduğunu xatırladan rəsmi şəxs aşağıdakı statistikaları təqdim edib:

Humanitar yardıma ehtiyacı olanlar: Təxminən 10 milyon insan;

Ölkə daxilində didərgin düşənlər: 2,3 milyondan çox insan;

Sərhədi keçənlər: Sudanda münaqişə başlayandan bəri 1,3 milyondan çox insan (əksəriyyəti geri dönən Cənubi Sudanlılar).

Daniels bildirib ki, ev sahibi icmalar və hökumət böyük alicənablıq göstərsə də, sülh və dialoq üçün təcili siyasi irəliləyiş qeydə alınmasa, humanitar ehtiyaclar qarşısıalınmaz dərəcədə artacaq. "Bu böhranın həlli yalnız humanitar yardım deyil, həm də siyasi sabitlikdən asılıdır" – deyə o əlavə edib.

Seçilən
1
afn.az

1Mənbələr