AZ

İran PUA-ları ABŞ təyyarədaşıyan gəmilərini izləyir

Bu səhər bir İran PUA-sı Ərəbistan dənizində (şimal Hind okeanı) ABŞ-ın “Abraham Linkoln” təyyarədaşıyan gəmisi yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.

Editor.az xəbər verir ki, “Flightradar24”ün məlumatına görə, dron İranın cənub-şərqindən buraxılıb və Oman körfəzi üzərindən Ərəbistan dənizinə doğru uçub. Peyk görüntülərinə görə, ABŞ təyyarədaşıyan gəmisi Ərəbistan dənizində İran sahillərindən təxminən 780 km və Omanın Duqm şəhərindən 250 km məsafədə üzür.

ABŞ təyyarədaşıyan gəmini Yaxın Şərqə yerləşdirdikdən bəri İran dəfələrlə dron kəşfiyyat missiyaları həyata keçirib. Fevralın əvvəlində dronlardan biri ABŞ-ın F-35C qırıcı təyyarəsi tərəfindən vurulub.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr