AZ

İngiltərə ÇL-də rekord müəyyən etdi

“Nyukasl”ın iki oyunun nəticəsinə (6:1, 3:2) əsasən “Qarabağ”ı mübarizədən kənarlaşdırması Çempionlar Liqasında (ÇL) yeni rekorda yol açıb.

"Football-plus.az" xəbər verir ki, İngilltərənin 6 klubu qitənin ən nüfuzlu klub turnirində 1/8 finalda oynayacaq. Onlar “Arsenal”, “Çelsi”, “Tottenhem”, “Mançester Siti”, “Liverpul” və “Nyukasl”dı. Bu, turnirin tarixində rekord sayılır. İndiyədək heç bir ölkənin 6 komandası bu mərhələdə iştirak hüququ qazanmamışdı.

Qeyd edək ki, 2024/25 mövsümünə qədər bunun baş verməsi mümkün deyildi. Çünki ÇL-in əvvəlki formatına əsasən, bir ölkədən turnirə maksimum 5 klub qatıla bilirdi.

Turnirin 2024/25 mövsümündən başlayan yeni formatında iştirakçı sayı artsa da, indiyədək 1/8 finalda 6 klubu olan ölkə qeydə alınmamışdı.

Seçilən
17
1
football-plus.az

2Mənbələr