AZ

Gürcüstan-Ermənistan yolu bağlandı

Gürcüstan İnfrastruktur Nazirliyinin müvafiq departamentinin mətbuat xidmətinin məlumatına görə, Gürcüstandan Ermənistana aparan Axaltsixe-Ninotsminda yolu bütün nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb.

Qərar pis hava şəraiti, o cümlədən qar fırtınası, qar yağışı və zəif görünürlük səbəbindən verilib.

Bəyanatda həmçinin izah edilib ki, Axaltsixe-Ninotsminda yolunun 90-112-ci kilometrlərində bütün nəqliyyat vasitələri üçün məhdudiyyətlər tətbiq olunub. Ağır yük maşınları üçün isə hazırda 1-90-cı kilometrlərdə məhdudiyyətlər qüvvədədir.

//Samir Qurbanov, Editor.az

Seçilən
53
editor.az

1Mənbələr