Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandası ilk yarış gününü uğurla başa vuraraq 1 qızıl və 1 gümüş medal qazanıb.
Hər iki mükafat eyni çəki dərəcəsində qeydə alınıb. Azərbaycan finalına səhnə olan -60 kq-da Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medala sahib olub.
Qeyd edək ki, Balabəy Ağayev Paris Böyük Dəbilqəsindən sonra ardıcıl ikinci dəfə finala yüksəlib. Əhməd Yusifov isə Böyük Dəbilqə turnirlərində ilk çempionluğunu rəsmiləşdirib.
Aktivində iki medal olan Azərbaycan ümumi medal sıralamasında Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.
Azərbaycanın cüdo millisinin üzvlərinə seminar keçirilib
Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb - FOTO
Millimiz hazırlıqlara start verdi
Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək