AZ

Türkiyə Superliqası: “Trabzonspor” qələbə qazanaraq ilk üçlükdəki yerini gücləndirib

Türkiyə Superliqasında 24-cü turun iki oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, “Trabzonspor” “Fatih Karagümrük”ü qəbul edib.

Matç 3:1 hesabı ilə “Trabzonspor”un xeyrinə qurtarıb.

Qolları qaliblərdən Pol Onuaçu (20), Çibuike Nvayvu (47, 50), məğlublardan isə Danyele Verde (28) vurublar.

Bu qələbə ilə “Trabzonspor” 51 xal toplayaraq turnir cədvəlində üçüncü pillədədir.

Digər oyunda “İstanbul Başakşehir” “Konyaspor”dan üstün olub – 2:0. Qolları 53 və 61-ci dəqiqələrdə Deyvi Zelke vurub.

İdman.Biz
Seçilən
14
idman.biz

1Mənbələr