AZ

Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib

Rusiyanın Baş naziri Mixail Mişustin Adam Xakimovun Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu sərəncam hüquqi aktların rəsmi portalında dərc edilib.

"Adam Salaudinoviç Xakimov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilsin", - deyə sərəncamda qeyd olunub.

Rusiyanın Baş naziri başqa bir sərəncamla, xidmət müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq Ruslan Mirsayapovu vəzifəsindən azad edib.

Milli.Az

Seçilən
16
6
milli.az

7Mənbələr