AZ

"O, kimisə sadəcə adına görə milliyə çağırmayacaq" - dövlət başçısı

Luiz Inaçio Lula da Silva 2026-cı Dünya Çempionatında ölkəsinin qalib gələcəyinə əminliyini ifadə edib.

Sportal.az xəbər verir ki, Braziliya prezidenti ölkə futbolu haqda danışarkən bunları qeyd edib:

“Əminəm ki, biz bu kuboku qazanacağıq. Mən Carlo Ancelotti ilə danışdım və gördüm ki, o, son dərəcə ciddi və ağıllı insandır. O, komandada yalnız 100% formada olan oyunçuların oynayacağına inanır və heç kimi yalnız adına görə milliyə çağırmayacaq, yalnız oynayan, məşq edən və hazır olanları seçəcək.

Baş məşqçi ciddi yanaşanda, futbolçular da üzərlərində məsuliyyət olduğunu anlayır”.

saytlarin hazirlanmasi

Seçilən
26
1
sportal.az

2Mənbələr