AZ

Makronun sevimlisi Parisdə döyüşəcək

Fransalı ağır çəkili boksçu Toni Yoka (15-3, 12 nokaut) növbəti döyüşünü iki divizionun keçmiş çempionu Lourens Okoliyə (23-1, 17 nokaut) qarşı keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə “Queensberry Promotions” məlumat yayıb.

Aprelin 25-də Parisdə Okoli və Yokanın iştirakı ilə möhtəşəm boks gecəsi keçiriləcək. Şouda həmçinin fransız Bakari Samake (19-0, 11 nokaut) və albaniyalı Ermal Hadribeaj (22-0-1, 8 nokaut) arasında döyüş olacaq.

Seçilən
40
publika.az

1Mənbələr