İtaliyanın Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Publika.az xəbər verir ki, vətəndaşlara davam edən qeyri-sabit təhlükəsizlik vəziyyətinə görə Yaxın Şərqdə son dərəcə ehtiyatlı olmağı tövsiyə edilib.
"Turist kimi İranda olan və ya orada qalmaqları ciddi zərurət daşımayan italyanlara ölkəni tərk etmələri qətiyyətlə tövsiyə olunur", - nazirliyin bəyanatında deyilib.
İsraildə olan İtaliya vətəndaşlarına da maksimum ehtiyatlı olmaq və yüksək sayıqlıq göstərmək məsləhət görülüb.