AZ

Oman XİN: İran zənginləşdirilmiş uranı yanacağa çevirməyə hazırdır

BAKI, 28 fevral. TELEQRAF

İran ABŞ ilə mümkün nüvə sazişi çərçivəsində zənginləşdirilmiş uran ehtiyatlarını yanacağa çevirməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalına müsahibəsində Omanın xarici işlər naziri Bədr əl-Busaidi məlumat verib.

O, Tehran və Vaşinqton arasında danışıqlarda vasitəçi kimi çıxış edir.

Nazirin sözlərinə görə, mövcud razılaşmaya əsasən, uran minimal, təbii səviyyəyə qədər emal ediləcək və yanacağa çevriləcək. O vurğulayıb ki, bu yanacaq artıq geri qaytarılması mümkün olmayan formada olacaq.

İran və ABŞ arasında Tehranının nüvə proqramı ilə bağlı üçüncü danışıqlar raundu cümə axşamı Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib. ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşner təmsil edib.

Seçilən
59
teleqraf.com

1Mənbələr