AZ

Kim Çen In partiya qurultayında snayper tüfəngləri payladı

BAKI, 28 fevral. TELEQRAF

KXDR lideri Kim Çen In Partiyanın IX qurultayı münasibətilə aparıcı idarəedici kadrlar və hərbi komandirlərə ən yeni snayper tüfəngləri hədiyyə edib.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, Kim Çen In çıxışı zamanı son beş ildə rəhbər şəxslərin partiya, inqilab, Vətən və xalq qarşısında üzərlərinə düşən tarixi vəzifələrə sadiq qaldıqlarını vurğulayıb.

“Partiyanın IX qurultayı münasibətilə sizin üçün şəxsən xüsusi hədiyyələr hazırlamışam... Bu hədiyyə Vətənə və xalqa xidmət edən sizin qeyri-adi əməyinizə verilən qiymətdir və tam etimadın göstəricisidir”, - deyə Kim Çen In bildirib.

Seçilən
30
teleqraf.com

1Mənbələr