AZ

Oman XİN: BMT müfəttişlərinin İrana səfəri 90 gün ərzində razılaşdırıla bilər

İran və ABŞ arasında nüvə proqramı üzrə mümkün sazişin detalları üç ay ərzində razılaşdırıla bilər.

APA xəbər verir ki, bu barədə "CBS" telekanalına müsahibəsində Oman xarici işlər naziri Bədr əl-Busaidi bildirib.

Danışıqlarda vasitəçi kimi çıxış edən əl-Busaidi BMT müfəttişlərinin İrana nə vaxt göndərilə biləcəyi sualına cavab verərkən qeyd edib ki, mövcud məsələlərin əksəriyyəti qısa müddətdə həll oluna bilər.

“Şahidi olduğum və dəstək verdiyim danışıqlara əsasən, bu məsələlərin bir çoxu üç ay ərzində sülh yolu ilə və hərtərəfli şəkildə həll edilə bilər”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, danışıqlarda iştirak edən ekspertlər 90 gün ərzində mövcud uran ehtiyatları ilə bağlı məsələlərin tam həllinin, həmçinin yoxlama və nəzarət tədbirlərinin, obyektlərə çıxışın və proqramın real vəziyyətinin qiymətləndirilməsinin razılaşdırıla biləcəyini hesab edirlər.

Seçilən
49
4
apa.az

5Mənbələr