ain.az, Oxu.az saytına istinadən bildirir.
Üzərinə ağac aşması nəticəsində ağır yaralanan və təxminən altı aydır reanimasiya şöbəsində müalicə alan türkiyəli aktyor İbrahim Yıldız vəfat edib.
Oxu.Az xəbər verir ki, məlumatı "Türkiye Gazetesi" yayıb.
Məlumata görə, hadisə avqustun 15-də İstanbulda güclü külək nəticəsində ağacın aşması zamanı baş verib. 27 yaşlı aktyor ağacın altında qalaraq ciddi xəsarətlər alıb.
O, xəstəxanalardan birində altı ay ərzində reanimasiyada müalicə alıb. Həkimlərin bütün səylərinə baxmayaraq, gənc aktorun həyatını xilas etmək mümkün olmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.