AZ

Martda 17 gün iş olmayacaq

Bakı. Trend:

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahətgünləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdətutulur.

Trend-inxəbərinə görə, martın 8-i Beynəlxalq Qadınlar Günübazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-işgünü hesab olunacaq.

Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədarmartda uzunmüddətli istirahət günləri olacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə vəbazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədarəlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21,22, 2324mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur.2122 mart tarixləri müvafiqolaraq şənbə və bazar gününə təsadüf etdiyindən 2526 mart tarixləri də qeyri-iş günü hesabolunacaq.

Ramazan bayramının 2021mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində2730 mart tarixləri dəqeyri-iş günü sayılacaq.

2829 mart tarixləri dəmüvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Nəticədə 25, 26,2730 mart tarixləri dəqeyri-iş günü olacaq.

Beləliklə, 20 martdan 30martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl11 gün qeyri-iş günü olacaq.

Bununla yanaşı, Əmək Məcəlləsinə əsasən, əsvermə, iş günü hesabedilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəlgələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılıolmayaraq bir saat qısaldılır. Bu səbəbdən 19martda iş günü 1 saat qısaldılacaq.

Ümumilikdə isə şənbə və bazar günləri də (1,7, 14, 15 mart)nəzərə alınmaqla 2026-cı ilin martında 17 qeyri-işgünü qeydə alınacaq.

Seçilən
36
28
az.trend.az

10Mənbələr