ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Neftçi"nin yetirməsi Lorenzo Metsotero karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az-ın məlumatına görə, 17 yaşlı hücumçu dünən "Sampdoriya" ilə peşəkar müqavilə bağlayıb.
Bu vaxtadək sözügedən klubun U-19 komandasında forma geyinən mərkəz forvardının sərgilədiyi performans rəhbərliyin və əsas komandanın məşqçilər korpusunun diqqətini çəkib.
Qeyd edək ki, Lorenzo cari mövsüm U-19-un heyətində 22 matça çıxaraq 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, valudeynlərinin işləri ilə əlaqədar 13 yaşında Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.
Toğrul
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.