AZ

Pakistan-Əfqanıstan münaqişəsi: 330-dan çox taliban döyüşçüsü öldürülüb

Bakı. Trend:

Pakistan-Əfqanıstan sərhədində vəziyyət gərgin olaraq qalır. Sonbir neçə saat ərzində Pakistan silahlı qüvvələri həmləəməliyyatlarını davam etdirərək, bir neçə əfqan postunu nəzarətəgötürüb.

Trend bu barədəPakistanın dövlət mediasına istinadən xəbər verir.

Məlumata görə, sərhədin Qila Seyfullah sektorunda 2, Əzam Varsaksektoruna bir, eləcə də Xeybər, Omari və Nuşki sektorlarında birneçə postun ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, Pakistanın İnformasiya Naziri Attaullah Tərarınson açıqlamasına əsasən, son bir neçə gün ərzində gedəntoqquşmalarda 331 əfqan-taliban döyüşçüsü öldürülüb, 500-dən çoxdöyüşçü yaralanıb.

Bundan başqa nazir bildirib ki, 104 Taliban postu, 163 tankı vədigər zirehli texnika məhv edilib. Ümumilikdə 22 əfqan postuunnəzarətə götürüldüyü qeyd olunur.

Xatırladaq ki, fevralın 26-sı axşam saatlarındaPakistan–Əfqanıstan sərhədində vəziyyət yenidən gərginləşib. KabilPakistanın Əfqanıstan ərazisinə endirdiyi son aviazərbələrə cavabolaraq hərbi əməliyyat həyata keçirdiyini bildirib. İslamabadda isəPakistan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində 274-dənçox əfqan hərbçinin həlak olduğu və təxminən 115 vahid hərbitexnikanın məhv edildiyi açıqlanıb.

Əfqanıstan Müdafiə Nazirliyi fevralın 27-si səhər saatlarındaəməliyyatın başa çatdığını elan edərək 55 pakistanlı hərbçininöldürüldüyünü, 2 hərbi bazanın və 19 sərhəd postunun ələkeçirildiyini bildirib.

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr