AZ

Meksikadan öz vətəndaşlarına ÇAĞIRIŞ - “İran və İsrailə səyahət etməyin”

Meksika Xarici İşlər Nazirliyi təhlükəsizlik səbəbləri ilə bağlı öz vətəndaşlarına İsrail və İrana səyahət etməkdən çəkinməyi tövsiyə edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik bu barədə X sosial media səhifəsində paylaşım edib:
 

"Nazirlik Yaxın Şərqdəki dəyişən vəziyyəti izləməyə davam edir və meksikalıları mövcud şəraitə görə İran və İsrailə səyahət etməkdən çəkinməyə çağırır", - deyə qeyd olunub.


Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi bölgədə artan gərginlik səbəbindən vətəndaşlarına İrana səyahət etməkdən çəkinməyi tövsiyə etmişdi.

Bu arada, ABŞ dövlət katibi Marko Rubio da amerikalıları dərhal İranı tərk etməyə və ora səyahət etməməyə çağırıb.

Bizim.Media

Seçilən
26
1
bizim.media

2Mənbələr