AZ

Əfqanıstanın azı 331 hərbçisi öldürüldü

Pakistanla sərhəddəki münaqişədə Əfqanıstan ordusunun azı 331 hərbçisi həlak olub, 500-dən çoxu yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.

Onun sözlərinə görə, Pakistan ordusu qonşu ölkədəki 37 hərbi obyekti hədəfə alıb.

Nazir bildirib ki, Əfqanıstanın 104 hərbi postu məhv edilib, daha 22-si nəzarətə götürüb.

Məlumata görə, "Taliban"ın tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 163-dən çox hərbi texnikasına ziyan dəyib.

Qeyd edək ki, fevralın 26-sı axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Rəsmi Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq, hərbi əməliyyatlar keçirdiklərini açıqlayıb. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə ölkəsinin Əfqanıstandakı "Taliban" hökuməti ilə hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu bəyan edib.

Fevralın 27-si səhər saatlarında Əfqanıstan Müdafiə Nazirliyi hərbi əməliyyatların başa çatdığını elan edib. Rəsmi İslamabad isə iki ölkə arasında münaqişənin davam etdiyini bildirir.

Seçilən
30
2
redaktor.az

3Mənbələr