Saray qəsəbəsində yerləşən Saray MTK-da sakinlərin narazılığı yenidən gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, bina rəhbərliyi bütün blokların qapılarına elanlar yapışdıraraq avtomobillərin yalnız qarajda saxlanılmasını tələb edir.
Amma qarajdan istifadə üçün isə lazım olan pultlar MTK rəhbərliyi tərəfindən pullu şəkildə verilir. Bu isə sakinlər arasında ciddi narazılıq yaradıb.
Sakinlər bildirir ki, rəhbərlik Mənzil Məcəlləsinin 35.1-ci maddəsini nəzərə almadan daxili qaydalar müəyyən edir. Onların sözlərinə görə, binanın bir çox mənzilləri İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsilə alınıb və müraciətlər zamanı Fond da “MTK-nın daxili qaydaları var” cavabını verir.
Avtomobillər qarajda saxlanılmazsa, cərimə ediləcəkləri də qeyd olunur.
Şikayətçilərin sözlərinə görə, MTK rəhbərliyi qarajdan istifadə üçün isə aylıq 40 manat tələb edir. Sakinlər isə heç olmazsa, bu ödənişin 20 manat olmasını istəyirlər.
Videonu təqdim edirik: