AZ

290 patron… - Polisdən sərt əməliyyat

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Qurumun mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, fevralın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 2 qumbara, 15 tüfəng, 8 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Telegram kanalımız
Seçilən
63
3
yenisabah.az

10Mənbələr