AZ

Liv Bona Dea Nigar Köçərli qalmaqalında yeni mərhələ: Şəxsi yazışma və ABŞ detalı

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nigar Köçərli ilə Liv Bona Dea Hospital arasında baş verən qalmaqal davam edir.

Bakupost.az xəbər verir ki, Nigar Köçərlinin həyat yoldaşı, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məhkəmə materiallarında diqqətçəkən məqamın yer aldığını bildirib. Onun sözlərinə görə, iş materiallarına Nigar Köçərlinin ginekoloqla şəxsi yazışmaları da əlavə olunub və bu yazışmalar fakt kimi təqdim edilib.

Naşir bunu təəssüf doğuran hal kimi qiymətləndirərək, həkim-pasiyent arasında şəxsi ünsiyyətin məhkəmə predmetinə çevrilməsinin ciddi suallar doğurduğunu qeyd edib.

O, həmçinin diqqətə çatdırıb ki, sözügedən ginekoloq öz övladını Bakıda deyil, ABŞ-də dünyaya gətirib.

Ş.Xuduoğlunun bununla bağlı sosial şəbəkədə yazdığı statusuna ginekoloq Günel Ziyadova cavab yazıb. O, bildirib ki, Nigar Köçərlini əməliyyatdan sonra ayılma otağında və palatada bir neçə dəfə ziyarət edib, onunla söhbətlər aparıb.

Həkimin sözlərinə görə, pasiyentə ağrıları olduğu müddətdə dəfələrlə ağrıkəsici tətbiq olunub, tibbi səhv baş verməyib, problemin kommunikasiya xarakterli olduğu izah edilib.

Günel Ziyadova sosial şəbəkələrdə davam edən paylaşımların digər pasiyentlər arasında təşviş yaratdığını da bildirib:

“Hər paylaşımınızdan sonra hamilə pasiyentlərimiz bizə linklər göndərib “başımıza iş gələrmi?”, “anestezi verilirmi?”, “ağrıkəsici edilirmi?” kimi suallar ünvanlayıblar. Biz həkimlər hər dəfə əlavə izahat vermək məcburiyyətində qalırıq”.

Həkim açıqlamasında övladını ABŞ-də dünyaya gətirdiyini təsdiqləyib. Lakin bunun Bakıda daha yaxşı xəstəxana və ya həkim olmaması ilə bağlı olmadığını vurğulayıb və səbəbin fərqli olduğunu eyhamla ifadə edib: “Özünüz ziyalı insansınız, az düşünsəz səbəbi taparsız”.

Bu fikirdən sonra sosial şəbəkə istifadəçiləri həkimin ABŞ-də doğuş etməsini övladının ABŞ vətəndaşlığı alması istəyi ilə əlaqələndiriblər.

ABŞ qanunvericiliyinə əsasən, həmin ölkə ərazisində doğulan uşaq avtomatik olaraq vətəndaşlıq hüququ əldə edir…

Qeyd edək ki, Liv Bona Dea Hospital-da əməliyyat olunan Nigar Köçərli ona göstərilən rəftar, vaxtında lazımi dərmanların verilməməsi və digər məsələlərlə bağlı sosial şəbəkə hesabında paylaşımlar etmişdi.

Xəstəxana isə həmin paylaşımların qurumun işgüzar nüfuzuna zərər vurduğunu əsas gətirərək məhkəməyə müraciət edib.

Məlumata görə, tərəflər arasında ilk məhkəmə prosesi martın 4-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
4
www.bakupost.az

5Mənbələr