AZ

1 Mаrt - Ümumdünyа Mülki Müdаfiə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdаfiə аlаyında, Dövlət Yanğından Mühafizə İdarəsinin şəhər və rayon hissələrində tələbələrin, Heydər Əliyev Adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin kursantlarının, ümumi təhsil, məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə “Açıq qapı” günləri keçirilib.

APA xəbər verir ki, “Açıq qapı” günündə yanğınsöndürənlərin günlük rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi də əyani şəkildə nümayiş etdirilib. Həmçinin, fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanışlıq edilib.

“1 Mаrt Ümumdünyа Mülki Müdаfiə Günü”dür mövzusundа ümumi təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif şagirdləri ilə onlayn interaktiv dərs keçirilib.

Həmçinin Nахçıvаn şəhər 4 və 5 nömrəli, Babək şəhər körpələr evi – uşaq bağçalarında “Fövqəlаdə hаllаr uşaqların gözü ilə” mövzusundа əməli tədbirlər, Naxçıvan şəhər 2 nömrəli və Heydərabad qəsəbə körpələr evi - uşaq bağçalarında isə "Fövqəladə hallar zamanı uşaqların mühafizəsinin təşkili" mövzusunda açıq dərslər kеçirilib. Keçirilən tədbirlərdə uşaqlar təbii fəlakətlər, texnogen, nəqliyyat qəzaları, yanğın, partlayış, mülki müdafiə zaman ilkin tibbi yardımın necə göstərilməsi, davranış qadalarını əyani şəkildə nümayiş etdiriblər. Ümumdünyа Mülki Müdаfiə Gününə həsr olunan mahnılar, şeirlər səsləndirib, səhnəciklər göstəriblər.

Keçirilən tədbirlərdə Ümumdünya Mülki Müdafiə Gününün mahiyyəti və müasir dövrümüzdə mülki müdafiənin rolundan, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları, özünə və başqalarına necə yardım göstərilməsi haqqında məlumat verilib.

1 1 1 1 1 1 1
Seçilən
28
3
apa.az

4Mənbələr