AZ

Məsut Özil planlarından, Arda Gülərdən və çempionluq yarışından danışdı

Yaxın keçmişin tanınmış ulduzlarından olan Məsut Özil ''HT Spor'' kanalına açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, ''Real'', ''Arsenal'', ''Fənərbaxça'' kimi klublarda top qovmuş, eləcə də Almaniya yığması ilə dünya çempionu olmuş Mesutun hazırda 37 yaşı var.

Təxminən 3 il öncə karyerasını bitirən Özil indiki həyatından, Arda Gülərdən, eləcə də Türkiyədəki çempionluq yarışından danışıb: ''İndi peşəkar həyatdan bir qədər uzaq qalmaq istəyirəm. Ona görə də hələ ki, məşqçilik barədə düşünmürəm. Ən böyük hədəflərimdən biri akademiya qurmaqdı və artıq bu işə start vermişəm. İnşallah 1 il ərzində akademiyanın inşasının başa çatacağını düşünürəm. Türkiyə akademiyalarında sistemli şəkildə irəliləməyə ehtiyac var. Avropada məsələn, Belçika ilə Niderlandın ümumilikdə 13 milyon əhalisi var. Bizdə isə təkcə İstanbulda 16 milyon insan yaşayır. Yəni burda akademiyada gözəl bir sistem qurulsa, Avropadakından da istedadlı oyunçular yetişəcək. Arda Gülər ''Fənər''də oynadığım dönəmdən mənim üçün kiçik qardaş kimi idi. Hələ də qardaş kimidi. Bu cür gənc yaşda ''Real'' kimi klubun start heyətində oynamaq hər oğulun işi deyil. İnşallah zədələr ondan yan keçər. Çox sevdiyim və qürur duyduğum bir qardaşımdı. Eləcə də Kənan Yıldız ''Yuventus''da bizi çox gözəl təmsil edir. İkisi üçün də tez-tez dua edirəm. Çempionluq yarışı çox həyəcanlı keçir. Son turda ''Fənərbaxça''nın 3 xal qazanacağına çox ümid edirdim. 90+5-də qol vurduq, amma son anda qapımızda qol gördük. Bir ''Fənərbaxça''lı olaraq əsəbiləşdim və üzüldüm. Mövsümün bitməsinə hələ çox var. ''Beşiktaş'' artıq toparlanıb, ''Trabzonspor''u da bəyənirəm. İnşallah bizim üçün bu il artıq çempionluq ili olar. Qəlbim ''Fənər''in yanındadı. Futbola baxanda bəzən ''mən bunu daha yaxşı edərdim'' kimi fikirlər ağlımdan keçir. Amma mən artıq futbolla vidalaşmışam və həyatda istədiyim rahatlığı tapmışam. İndi özümü daha sakit hiss edirəm. Kənardan oyunları izləmək daha zövqlü olur''.

Seçilən
17
1
football-plus.az

2Mənbələr