AZ

Yanvarda Azərbaycanda MasterCard vasitəsilə aparılan əməliyyatların həcmi açıqlandı

Bakı.Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanınrezident maliyyə institutları tərəfindən buraxılmış MasterCardödəniş kartları (statistik vahidlərin ödəniş kartları daxilolmaqla) vasitəsilə ümumilikdə 72,329 milyon əməliyyat həyatakeçirilib və əməliyyatların ümumi həcmi 3,961 milyard manat təşkiledib.

Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata əsasən, ötən ilin yanvar ayı ilə müqayisədəəməliyyatların sayı 3,465 milyon (5 faiz) artıb, əməliyyatlarınhəcmi isə 246 milyon manat (5,8 faiz) azalıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindənburaxılmış MasterCard kartları üzrə əməliyyatların sayı 543,3 min,əməliyyatların həcmi isə 54,7 milyon manat təşkil edib.

Qeyd edək ki, rezident kartlarla əməliyyatlar dedikdəAzərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə edilməklə həyatakeçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezidentkartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyəinstitutları tərəfindən buraxılmış kartlardan istifadə edilməkləaparılan tranzaksiyalardır.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumatverir.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr