AZ

Narkotikin təsiri altında avtomobil sürdü

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub.

Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Belə ki, paytaxt sakini Aqil Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobil manevr qaydalarını pozduğu üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Seçilən
4
1
publika.az

2Mənbələr