AZ

Gəncədə güclü küləyin fəsadları: ağaclar aşıb, evlərin damı uçub – VİDEO

Gəncədə əsən güclü külək şəhərin bir çox ərazilərində ciddi fəsadlara səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, Şah İsmayıl Xətai, Heydər Əliyev, Atatürk prospektləri və bir neçə küçədə iri ağaclar aşıb, bəzi yollar bağlanıb.

Xətai prospekti 564 ünvanında çoxmənzilli binanın damı dağılıb, 25 nömrəli məktəbin qarşısında da ağaclar aşıb. Poçtun qarşısında da bir fərdi evin dam örtüyü tamamilə uçub.

Məhsəti qəsəbəsində uçan hasar qaz xəttini zədələyib, 200-ə yaxın sakin qazsız qalıb. Sədi küçəsində aşan ağac elektrik xəttini sıradan çıxarıb, bir neçə ərazidə işıq fasilələri yaranıb.

Gərgin külək qərb bölgəsində hələ də davam edir.

Seçilən
27
nocomment.az

1Mənbələr