AZ

“Ümid edirəm ki, UEFA Türkiyədə oynamağımıza icazə verər”

style='margin-bottom:10px;'>

Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor”u UEFA Konfrans Liqasının 1/8 final mərhələsində Polşa təmsilçisi “Lex” (Poznan) ilə qarşılaşacaq.

QOL.az xəbər verir ki, türkiyəli mütəxəssis püşkatmadan sonra maraqlı açıqlama verib. O bildirib ki, ev sahibi olaraq cavab oyununu Türkiyədə keçirmək istəyirlər:

“UEFA Konfrans Liqasında Poznan ‘Lex’i ilə ev sahibi olduğumuz cavab matçını Türkiyədə oynamaq istəyirik. Ümid edirəm ki, UEFA buna icazə verər.

Əgər “Göztəpə” bizi qəbul etmək istəsə, Poznan ‘Lex’i ilə oyunu İzmir şəhərində keçirmək istərik. Bununla həqiqətən qürur duyaram. Türk xalqının bizə və Ukrayna xalqına dəstək verəcəyini düşünürəm. Açığı, Polşa komandası ilə ev oyunumuzu Polşada keçirmək istəmirəm".

Qeyd edək ki, Donetsk “Şaxtyor”u ilə Poznan “Lex”i arasında ilk oyun martın 6-da, cavab görüşü isə martın 13-də keçiriləcək.

Ukraynadakı müharibə ilə əlaqədar bu ölkənin klubları beynəlxalq oyunlarda rəqiblərini Polşada qəbul edirlər.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr