İsrail ordusu Livanın cənubunda "Hizbullah" infrastrukturuna zərbələr endirib.
APA İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən xəbər verir ki, ordu "Hizbullah"ın “hərbçilərimizi və dövlətimizi hədəfə almaq üçün istifadə etdiyi yeraltı obyektləri” vurub.
Bəyanatda "Hizbullah"ın öz hücum potensialını canlandırmağa çalışdığı və bunun İsrail və Livan arasında əldə olunan razılaşmalara zidd olduğu qeyd olunub.
"Cebheinfo.az"