AZ

Kanallarda ailə ilə baxacağımız veriliş yoxdur

ain.az bildirir, Axsham.az portalına istinadən.

"Azərbaycanda kanallarda etika yoxdur. Ailən və uşaqlarınla birlikdə oturub baxacağın veriliş çətindir. Televiziyada hansısa veriliş var ki, oturub baxa bilərsən. Amma sayı çox olmalıdır. Reytinq mənim üçün "xaltura"dır".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam "Üzləşmə" yutub layihəsində deyib. O, kanallardakı verilişlərdə müzakirə olunan mövzulardan bəhs edib:

"Əvvəl toyda sənətkara şabaş verirdilər. İndi təlxəklik edənə verirlər. Çoxlu şabaş alanlar elə bilir ki, sənətinə dəyər verirlər. Yox, şabaş verən deyir ki, məzəsən, əyləndirdin bizi. Ombasını oynadana pul buraxırlar. Ona görə də hamı omba əməliyyatı etdirir. Bu gün sənətlə məşğul olan ac olur. O da düşünür ki, ac olmaqdansa, gedim mən də qazanım: getdi və ev, maşın, obyektlər. Deyir, səviyyə, bir mənə qalıb? Hər kəs yolunu özü seçir. Onları təhqir etmək olmaz. Tərbiyədizlik varsa , suçiçəyi kimi çıxacaq"

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
axsam.az

2Mənbələr