AZ

Paytaxt Bakıdan köçürülsün, hündür binaların tikintisi qadağan olunsun - TƏKLİF

"Bakı şəhərinin tıxac problemi günü-gündən artmaqdadır. Həm insanların şəxsi avtomobillərinin sayı artır, həm də şəhərin küçələri bu qədər avtomobili idarə etmək üçün hesablanmayıb".

Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, Baknın Baş planı sovet vaxtında tərtib olunub:

"Belə ki, Baş plan hazırlananda ümumiyyətlə respublikada olan avtomobillərin sayı məhdud  idi. Bu gün küçələr həmin küçələrdir, amma şəhərin əhalisi və avtomobillərin sayı bir neçə dəfə artıb. Tıxacların azaldılması üçün tədbirlər görülməlidir. Bunun üçün universitetlərin paytaxtdan regionlara köçürülməsi ilə bağlı fikirlər zaman-zaman səsləndirilir. Amma mən bunu real hesab etmirəm. Universitetlərin ayrılıqda köçürülməsi böyük vəsait tələb edir. Şəhərdə tıxacların azaldılmasının ən düzgün yolu paytaxtın köçürülməsidir. Bunu üçün Yaşma düzündə böyük bir açıq ərazi var. Həmin ərazini müasir tələblərə uyğun şəkildə planlaşdırıb paytaxt ora köçürülərsə, Bakının  yükü azalar və tıxacların azalmasına öz təsirini göstərər. Həm də Yaşma düzü ərazisi ölkəmizin böyük şəhərləri olan Bakı və Sumqayıta yaxındır. Bu baxımdan paytaxtın köçürülməsi tıxacların azaldılmasının əsas yoludur".

Deputat qeyd edib ki, mövcud vəziyyətdə tıxacların azaldılması üçün şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisi qadağan olunmalıdır: "Bu gün şəhərdə istismar müddəti keçmiş 2-3 mərtəbəli binalar sökülür və onların yerində 25 mərtəbəli göydələnlər ucaldılır. Bu da şəhərin mərkəzində əhalinin sıxlığını artırır və tıxac probleminin daha da artmasına təsir göstərir".

Anar Kəlbiyev

Seçilən
12
unikal.az

1Mənbələr