AZ

"Atletiko"nun direktoru: "Qrizmannın bizimlə daha 2 ili var"

style='margin-bottom:10px;'>

“Atletiko”nun idman direktoru Mateu Alemani futbolçusu Antuan Qrizmannın mümkün gedişi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, o, məsələ ətrafında səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Bu, sadəcə spekulyasiyadır. Antuanın bizimlə daha iki mövsümlük müqaviləsi var. O, qarşıdakı hədəflərə fokuslanıb və oyunu çox yüksək səviyyədədir. Əminik ki, Qrizmann gələcək uğurlarımızda bizə kömək edəcək. Qalanları isə yalnız ehtimallardır”. 

Qeyd edək ki, fransalı futbolçu cari mövsümdə Madrid təmsilçisinin heyətində 36 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr