AZ

İki həftə “dincələcək”

Lisandro Martinesin aqibətinə aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi sıradan çıxıb. Argentinalı futbolçu baldır əzələsindən zədələnib. Onun təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Futbolçu artıq zədə səbəbindən İngiltərə premyer liqasının 27-ci turunun “Everton”la oyununu (1:0) buraxıb.

Lisandro cari mövsümdə MY-də 15 matçda meydana çıxıb.

Seçilən
14
1
football-plus.az

2Mənbələr