AZ

İsrail bu səbəbdən İrana hücum edib

İsrail hökuməti şənbə günü İrana qarşı önləyici hücum həyata keçirdiyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.Hücum Yaxın Şərqdə gərginliyi yenidən artırıb və Tehranla Qərb arasında uzun illərdir davam edən nüvə mübahisəsinin diplomatik həlli ilə bağlı ümidləri zəiflədib.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, hücumun məqsədi ölkəyə yönələn təhlükələri aradan qaldırmaqdır. Onun sözlərinə görə, “İsrail dövləti təhlükələri aradan qaldırmaq üçün önləyici zərbə endirib”.İran mediasının məlumatına görə, şənbə günü paytaxt Tehranda partlayış səsləri eşidilib.Bu hadisə İsrail və İran arasında iyun ayında baş vermiş və 12 gün davam edən hava qarşıdurmasından sonra baş verir. ABŞ və İsrail daha əvvəl də İranın nüvə və ballistik raket proqramını davam etdirəcəyi təqdirdə yeni zərbələrin mümkün olacağı barədə xəbərdarlıq etmişdilər.Fevral ayında ABŞ və İran arasında danışıqlar yenidən başlayıb. Məqsəd onilliklərdir davam edən nüvə mübahisəsini diplomatik yollarla həll etmək və regionda mümkün hərbi qarşıdurmanın qarşısını almaqdır.İsrail isə Vaşinqtonla Tehran arasında mümkün razılaşmanın yalnız uranın zənginləşdirilməsinin dayandırılması ilə məhdudlaşmamalı, İranın nüvə infrastrukturunun tam ləğvini də əhatə etməli olduğunu bildirir. Rəsmi Təl-Əviv həmçinin danışıqlara İranın raket proqramı ilə bağlı məhdudiyyətlərin daxil edilməsinə çalışır.İran tərəfi sanksiyaların ləğvi qarşılığında nüvə proqramına müəyyən məhdudiyyətlərin müzakirəsinə hazır olduğunu desə də, raket proqramının danışıqlara daxil edilməsini qəbul etmədiyini bildirir. Tehran həmçinin hər hansı hücuma qarşı özünü müdafiə edəcəyini açıqlayıb.

Qərb ölkələri hesab edir ki, İranın ballistik raket proqramı region üçün təhlükə yaradır və gələcəkdə nüvə başlıqları daşımaq potensialına malik ola bilər. İran isə nüvə silahı hazırlamaq niyyətində olmadığını bəyan edir.

Seçilən
2
1
metbuat.az

10Mənbələr