AZ

“SEPAH“ ın Kəşfiyyat İdarəsinə zərbələr... Xamenei haradadır?.. “Yerusalem post“

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail Müdafiə Qüvvələri şənbə günü səhər İrana qəfil hücum edib və İran dövlət mediası Tehranda partlayış səslərinin eşidildiyini bildirib.

Hücum zamanı İsrail Müdafiə Qüvvələri bütün vətəndaşlara qorunan ərazilərə yaxın qalmaları barədə xəbərdarlıq göndərib.

İsrail Müdafiə Qüvvələri bildirib ki, "Bu, ictimaiyyəti İsrail dövlətinə raketlərin atılması ehtimalına hazırlamaq üçün proaktiv bir xəbərdarlıqdır".

Moderator.az xəbər verir ki, bunu israilin"Yerusalem post" nəşri yazıb.

Təhlükəsizlik mənbəyi "Walla"ya ABŞ-ın hücumlarda iştirak etdiyini təsdiqləyib.

İran rəsmisi "Reuters" agentliyinə təsdiqləyib ki, İranın ali lideri Ayətullah Əli Xamenei Tehranda deyil və "təhlükəsiz yerə" köçürülüb.

İran mediası "SEPAH"-ın Kəşfiyyat İdarəsinə, eləcə də Tehranın mərkəzinə endirilən zərbələr barədə məlumat yayıb.

Hazırda İsrailə qarşı heç bir raket atılmayıb...

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
50
moderator.az

10Mənbələr